Seçki xəbərləri
Görülən işlər davamlı yüksəlişi təmin edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Xaçmaz, Köhnə Xaçmaz, Hülövlü və Çarxı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat verib. O, xalqın partiyanın məqsədyönlü fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyib. “Azərbaycanın uğurlu inkişafı məqsədyönlü və uzaqgörən siyasətin alternativinin olmadığını təsdiqləyir”, - deyə M.Balaqadaşov vurğulayıb.
Bələdiyyə üzvlüyünə namizədlər Tural Məlikov, Gülnar İsayeva, Raya Nəsirova, İlkin Seyidov, Eyyub Abdurəhmanov, Anar Hacıyev, Mahir Fətəliyev və Sübhan Məmmədov bildiriblər ki, görülən işlər bütün sahələrdə davamlı yüksəlişi təmin etməklə bərabər, bələdiyyə institutunun inkişafı üçün də möhkəm zəmin formalaşdırır. YAP-ın seçki proqramında əksini tapan hədəflərin önəmini diqqətə çatdıran natiqlər seçiciləri bələdiyyə seçkilərində partiya namizədlərinə dəstək verməyə çağırıblar.