Seçki xəbərləri
YAP rifah və quruculuğa layiqli töhfələr verib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyasının rifah və quruculuq naminə uğurlu fəaliyyəti partiyanın namizədlərinin qələbəsini şərtləndirir.
Bələdiyyə üzvlüyünə namizədlər Rəcəb Məmmədov, Daşqın Abdullayev, Çingiz Məmmədov, Asif Zeynallı, Pərvanə Əhmədova seçkilərin yüksək səviyyədə, tam şəffaf və demokratik şəraitdə keçiriləcəyini, bələdiyyə üzvü seçiləcəkləri təqdirdə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.
Çıxış edən seçicilər Ramilə Vəliyeva, Qabil Əliyev, Xatirə Allahverdiyeva və başqaları YAP-ın hər zaman xalqın etimadını doğrultduğunu və qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün Bakıxanov bələdiyyəsi üzrə namizəd Əli Abbasəliyev, Bilgəh bələdiyyəsi üzrə namizədlər Rövşən Quliyev, Fatimə Rəsulova, Kürdəxanı bələdiyyəsi üzrə namizəd Heyran Kərimova, Pirşağı qəsəbə bələdiyyəsi üzrə namizəd Əlisahib Mustafayev, Zabrat bələdiyyəsi üzrə namizədlər Nailə Nəsirova, Mirməhəmməd Seyidov seçicilərlə fərdi və məhəlli görüşlər keçiriblər.
Həmçinin, Sabunçu bələdiyyəsi üzrə namizədlər Əlfəddin Həsənov, Hüseyn Nəcəfov Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin ailəsini ziyarət ediblər.