YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yerli özünüidarəetmənin təkmilləşdirilməsi başlıca vəzifələrdəndir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu, Çarhan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı qeyd edib ki, ölkəmizdə yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır, sosial-iqtisadi inkişafın davam etdirilməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Seçki qərargahının üzvü Ağarza Bayramov və təşviqat qrupunun üzvü Fuad Səmiyev ölkəmizdə bələdiyyələrin yaranması və ötən dövr ərzindəki fəaliyyəti barədə danışıblar. Qeyd olunub ki, bələdiyyələr indiyədək sosial məsələlərin həlli, məşğulluğun təmin edilməsi və bir sıra mühüm layihələrin icrasında əhəmiyyətli rol oynayıb. Qarşıda duran əsas vəzifələrin yerli özünüidarəetmənin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması olduğunu söyləyən natiqlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.