Seçki xəbərləri
YAP yeni məqsədlərə doğru inamla addımlayır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu, Çarhan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi sistemində özünəməxsus və aparıcı rolu olduğunu deyib. Onun sözlərinə görə, YAP yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə gedir. “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımlayır”.
Seçki qərargahının üzvü Ağarza Bayramov, təşviqat qrupunun üzvü Fuad Səmiyev qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırır.