Seçki xəbərləri
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naftalan şəhəri, Naftalan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşıb və həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir: “Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni reallıqlardan irəli gələn hədəflərin reallaşdırılması ölkəmizi yeni zirvələrə yüksəldəcək”.
Təşviqat qrupunun üzvləri Ulduz Mayılova, Yavər Aslanov, bələdiyyə üzvlüyünə namizədlər Elman Verdiyev və Dünya Nağıyeva Yeni Azərbaycan Partiyasının yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayaraq seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər Aqil Bayramov, Elsevər Heydərov, Valeh Hacıyev, Fəridə Hacıyeva və digərləri daha qüdrətli Azərbaycan naminə partiyanın namizədlərinə səs verəcəklərini qeyd ediblər.