Seçki xəbərləri
Davamlı inkişaf və tərəqqi naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Qışlaqabbas bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözüylə açan Seçki qərargahının üzvü Adil Əhmədov qeyd edib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi uğurlara imza atan Yeni Azərbaycan Partiyası ölkəmizdə “Davamlı inkişaf və tərəqqi” nin simvoluna çevrilib. Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Həsən Cəfərov ötən müddət ərzində bütün strukturlarda olduğu kimi eləcədə yerli özünüidarəetmə orqanlarının yüksək inkişafı istiqamətində də mühüm addımlar atıldığını diqqətə çatdırmışlar.
Sonra bələdiyyə üzvlüyünə namizədlər Babək İsmayılov, Səfər Ramazanov və Abbas Səfərov seçiləcəkləri təqdirdə onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını vurğulayıblar.
Görüş zamanı seçicilər partiyanın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini və xoş təəsüratlarını bildirmişlər.