Seçki xəbərləri
Qubalıların seçimi YAP-dır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Çiçi-Zərqava, Qonaqkənd, Zərdabi-Barlı, Tüləkəran, Vəlvələ bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Arif Ömərov, Həcəlbaba Sultanov, Firuz Əhmədov, Rauf Hüseynov, Tahirmirzə Məmmədov və digərləri bildiriblər ki, Azərbaycan tarixində indiyə qədər 750 minə yaxın üzvü olan siyasi təşkilat olmayıb. Şübhəsiz, bu, insanların YAP-a, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibəti, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir.
Natiqlər çıxışlarında bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini də vurğulayıblar.
Qeyd edək ki, təşviqat mərhələsi çərçivəsində Quba bələdiyyəsi üzrə namizədlər şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və qazilərlə də görüşüblər. Qırmızı Qəsəbə bələdiyyəsi üzrə namizədlər şəhid Aydəmir Hacıyevin ailəsini ziyarət ediblər.