Seçki xəbərləri
Göyçaylılar YAP-ın namizədlərinə səs verəcəklər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu, Şəkər bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov seçicilərə namizədlər haqqında məlumat verib. S. Şükürov qeyd edib ki, Yeni Azərbaycan Partiyası qarşıdakı bələdiyyə seçkilərində özünün mükəmməl seçki proqramı ilə seçicilərin etibarını bir daha qazanacaq.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər Nazir Davudov, Qurban İbrahimov, Rzayev Əlihedər, partiya veteranı Eldəniz Məmmədov çıxış edərək YAP-ın bu seçkiləri də qalibiyyətlə başa vuracağını deyib, seçiciləri seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Şərəfaddin Hacıyev, Ömər Hacıyev və başqaları xalqımızın mənafeyi naminə bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.