Seçki xəbərləri
Xalqın dəstəyi ilə növbəti qələbəyə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Məmmədqasımlı, Zərdab, Dəkkəoba və Kəndəbil bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev YAP-ın seçki proqramı haqqında məlumatları diqqətə çatdıraraq partiyanın xalqın dəstəyi ilə növbəti qələbəyə imza atmaq əzmində olduğunu bildirib.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Vasif Əliyev, Ayaz Yolçuyev, Kapitay İxtiyarov, Sənan Əhmədzadə, Kənan İsazadə, Bəhruz Qurbanov, Əli Cəlalzadə, Məhərrəməli Cəfərov və Rişal Həsənov bələdiyyələrin qarşısında yeni vəzifələr dayandığını bildiriblər.
Seçicilər Rüstəm İsmayılov, Şəlalə Fərhadova, Seymur Paşayev və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.