Seçki xəbərləri
YAP-a olan etimad yeni səhifələr açır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Uğurbəyli və Qarayusifli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında Azərbaycanın siyasi palitrasının ən güclü, ən böyük partiyasıdır və xalqımızın ən çox dəstəklədiyi siyasi təşkilatdır. O, çıxışında partiyanın indiyə qədər keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazandığını vurğulayıb.
Daha sonra təşkialtın sədri seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Uğurbəyli və Qarayusifli bələdiyyə üzvlüyünə namizədlər Seymur Kərimov, Rəsul Şəfiyev, Nazilə Abdullayeva, Nailə Mikayılova, İlham Əliyev, Fatma Nəbiyeva, Elvin Xəlilov, Bahatur Eyvazov və Nemət Cəfərov bütövlükdə yerli özünüidarə orqanlarının inkişafında YAP-ın əhəmiyyətli rolu olduğunu diqqətə çatdıraraq seçkidə qalib olacaqları təqdirdə partiyanın etimadını doğrultmağa çalışacaqlarını bildiriblər.
Seçicilər Rafiq Şəfiyev, Knyaz Əliyev və başqaları seçkilərdə fəal iştirak edəcəklərini bildiriblər.