YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Səbail seçiciləri YAP-ın namizədlərini dəstəkləyəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.  

Görüşdə giriş sözü ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bələdiyyə institutunun təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan söz açıb. Təşkilat sədri bələdiyyə seçkilərinin tam şəffaf və demokratik prinsiplərə əsaslanaraq keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirib.  Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin əzmkar fəaliyyəti Azərbaycanın misilsiz bir inkişaf yolu keçməsini təmin etməklə bərabər, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu da möhkəmləndirib.

Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, həmçinin Səbail bələdiyyəsinin üzvləri Səmədağa Aslanov, Manaf Talıbov çıxışlarında ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Bələdiyyə üzvlüyünə namizədlər Nurel Kərimov, Xədicə Həsənova bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini bildiriblər.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.