Seçki xəbərləri
Füzulilərin seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu, Böyük Bəhmənli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva ölkəmizdə bələdiyyələrin gördüyü işlər barədə ətraflı məlumat verib. O, daha sonra seçki proqramından söz açıb və seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçki qərargahının üzvləri Elnarə Hüseynova, Ülviyyə Mehdiyeva, bələdiyyə üzvlüyünə namizədlər Behbud Həziyev, Şəhriyar Mehdiyev, Gülnarə Fərzəliyeva bələdiyyələrin sosial-iqtisadi məsələlərin həllindəki rolundan bəhs ediblər.
Seçici Sərdar Əliyev və başqaları YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər. Qeyd edək ki, həmin gün namizədlər seçicilərlə məhəlli görüşləri də keçiriblər.