Seçki xəbərləri
Astara seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu, Siyaku bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib.
Təşkilatın məsləhətçisi Elçin Məmmədəliyev isə yanvarın 29-da bələdiyyə seçkilərinin azad və ədalətli keçirilməsi üçün bütün imkanların yaradıldığını bildirib.
Seçki qərargahının üzvü Fikrət Kəkəyev, bələdiyyə üzvlüyünə namizədlər Nuridə Zahirova, Tamilla Həsənova, Ramin Dədəyev, Mehdi Caniyev, Vüsal Mahmudzadə və Şəhram Sahibzadə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Zakir Şirvanov, Namik Əliyev və başqaları xalqın partiyası olan YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Siyaku bələdiyyəsi üzrə namizədlər Valid Cəbiyev, Ramin Əliyev, Ramin Dədəyev, həmçinin Pensər bələdiyyəsi üzrə namizəd Emil Ağayev seçicilərlə məhəllə görüşləri də keçiriblər.