Seçki xəbərləri
Parlaq gələcəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu, Çay Üzü bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Çıxış edən YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli bildirib ki, bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə davam etdirilir.
Bələdiyyə üzvlüyünə namizədlər Seyran Mustafayev, Fərman Mustafayev və İradə Nadirova seçiləcəkləri təqdirdə vətəndaş məmnunluğunu prioritet məsələ kimi daim diqqətdə saxlayacaqlarını qeyd ediblər. Natiqlər çıxışlarında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliklərinin irəli sürülməsini partiyanın onlara göstərdiyi yüksək diqqət kimi qiymətləndiriblər.
Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.