Seçki xəbərləri
YAP inamlı qələbə qazanacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov Yeni Azərbaycan Partiyasının yüksək nüfuza malik aparıcı siyasi qüvvə olduğunu bildirib. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb, seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıb.
Müstəqillik dövründə keçirilən bütün seçkilərdə YAP-ın inamlı qələbəsindən danışan seçki qərargahının üzvləri Orxan Abdullayev, Neman Cavadov və bələdiyyə üzvlüyünə namizədlər Günel Ağayeva və Pərviz Abdullayev növbəti bələdiyyə seçkilərinin də Yeni Azərbaycan Partiyasının qələbəsinin təntənəsi olacağını vurğulayıblar.
Qeyd edək ki, Bum, Cığatelli, Hacıalılı, Soltannuxa və Nohurqışlaq bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.