YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Rifah və inkişaf naminə…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu, Bayramlı və Kirən bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov və bələdiyyə üzvlüyünə namizədlər Orucəddin Məmmədov, Vüqar Əliyev, Mübariz İbrahimov, Ehtibar Bağırov, Aytac Əliyeva, Cavid Abbasov yerli özünüidarəetmə  orqanlarının qarşısında duran vəzifələrdən bəhs ediblər. Qeyd olunub ki, yeni mərhələdə bir sıra Dövlət proqramları çərçivəsində bələdiyyələrin öz ərazilərində sahibkarlıq üçün münbit şərait yaratması, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil etməsi, turizm sektorunu əhatə edən layihələr icra etməsi nəzərdə tutulur. Bu da region iqtisadiyyatının dinamik inkişafına dəstək kimi olduqca əhəmiyyətlidir.

Seçicilərdən Elşən Hüseynov və Tural İmanov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Qovlar bələdiyyəsi üzrə YAP-ın namizədlərinin görüşləri keçirilib.