Seçki xəbərləri
Birlikdə güclüyük!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zaqatala rayonu, Bəhmətli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Zaqatala rayon rayon təşkilatının sədri Fərid Ramazanov yanvarın 29-da bələdiyyə seçkilərinin demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
Çıxış edən seçki qərargahının üzvü Tahir Məmmədov, bələdiyyə üzvlüyünə namizəd Mustafa Atayev bələdiyyələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Onlar bildiriblər ki, YAP üzvləri bələdiyyələri işində böyük təcrübə toplayıblar.
Seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.