Seçki xəbərləri
YAP növbəti qələbə əzmindədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu, Şabran, Pirəbədil və Rəhimli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə qapı-qapı və məhəllə görüşləri keçirilib.
Şabran bələdiyyəsi üzrə namizədlər Fidan Fərzəliyeva və Elvin Hüseynov, Pirəbədil bələdiyyəsi üzrə namizəd Atabala Şeydayev, Rəhimli bələdiyyəsi üzrə namizədlər Elşad Orucov və Teymur Ələskərov, təşviqat qrupunun üzvü Seymur Qədəşov bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin yerli özünüidarəetmə sahəsində müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiqlər Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində növbəti qələbə qazanmaq əzmində olduğunu bildirərək seçiciləri xalqımızın mənafeyi naminə partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Gülsüm Şərifova, Hüseynağa Ağaquliyev, Gülşən Yusifova və Dilarə Quliyeva yeni nailiyyətlər üçün bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini deyiblər.