YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalq-iqtidar birliyi sabitlik və inkişafın əsas amilidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışıb. O, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən partiya olduğunu deyib. Qeyd olunub ki, xalq-iqtidar birliyi sabitlik və inkişafın əsas amilidir.

Çıxış edən seçki qərargahının üzvü Səlim Məhərrəmov, bələdiyyə üzvlüyünə namizədlər Mirramil Mirsalahov və Mikayıl Rəhmanov ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın regionun lider dövləti kimi bundan sonra da yeni nailiyyət və zəfərlər qazanacağını əminliklə ifadə ediblər.

Seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri seçicilərlə məhəlli görüşlər də keçirib.