Seçki xəbərləri
Vətəndaş məmnunluğu artır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Xanlar küçəsində yaşayan seçicilərlə məhəllə görüşü keçiriblər.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxışında yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər Akif Saqiyev, Kürdoğlu Muradov, İradə Atayeva, Teymur Məmmədov, İlham Cəfərov və Emin Azadov əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması üçün bələdiyyələrin vəzifələrindən bəhs ediblər.
Görüş zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Namizədlər Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Əhədovun anası Əsmər Əhədovanı da ziyarət ediblər.