YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP xalqın dəstəyinə güvənir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Xələc bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev seçkilərə hazırlıq prosesi barədə ətraflı məlumat verib. Qeyd edib ki, yerli özünüidarəetmə orqanlarında təmsil olunacaq üzvlərdən daha çox təşəbbüskarlıq, əhali ilə daim təmasda olmaq, onların probemləri ilə mütəmadi maraqlanmaq tələb olunur.

Görüşdə təşviqat qrupunun üzvü Allahverdi Piriyev, şəhid atası Rövşən Mehdiyev, bələdiyyə üzvlüyünə namizədlər Tofiq Rəhmanov və Əliqardaş Bayramov bütün seçiciləri 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.