YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yerli özünüidarəetmənin təkmilləşdirilməsi önəmli hədəflərdəndir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Mollakənd  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Seçki qərargahının üzvləri Nurlan Şəfiyev, Valeh Qaraşov, Təranə Qasımova, bələdiyyə üzvlüyünə namizədlər Ağamir Həsənov, Mustafa Rəhimov, Saray Məmmədova yerli özünüidarəetmənin təkmilləşdirilməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar qarşıda mühüm vəzifələrin dayandığını diqqətə çatdırıblar. Onlar Yeni Azərbaycan Partiyasının hər zaman xalqın yanında yer aldığını qeyd ediblər.

Seçicilər şəhid atası Yadulla Eyyubov, Əliabbas Babaşov, Cəmalə səsvermə günü seçki məntəqələrinə gələrək uğurların davamı naminə partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Kürdəmir, Xırdapay, Yenikənd, Topalhəsənli və Köhünlü bələdiyyələri üzrə namizədlər Vüqar Əhmədov, Arif İskəndərov, Sevil Süleymanova, Qabil Abdullayev, Vəkil Fətəliyev, Elxan Usubov seçicilərlə ayrı-ayrı ərazilərdə görüşlər keçiriblər.

Seçicilər Kənan Əliyev, Habil Xancanov, Rauf İskəndərov, Rafiq Süleymanov, Rəfail Mərdanov, Elnur Hacıyev, Faxrəddin Fərzəliyev, Telman Qurbanov, Yaşar Əzizov, Hüseyn Məmmədov, Murad Tağıyev, Qismət Söydümalıyev  və digərləri YAP-ın namizədlərinə dəstək ifadə ediblər.