Seçki xəbərləri
YAP böyük siyasi gücə çevrilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Naxçıvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Bələdiyyə üzvlüyünə namizədlər Yusif Dünyamalıyev, Əlvanə Şahgəldiyeva, Sədi Seyidov və Elnur Həsənov seçicilərlə görüşlər keçiriblər. Görüşlərdə qeyd ediblər ki, Ulu Öndərin rəhbərliyi ilə yaradılmış YAP öz fəaliyyəti ilə sübuta yetirib ki, o, yeni müstəqil Azərbaycanı qurmağa, onu parlaq gələcəyə daşımağa qadir partiyadır. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük siyasi gücə çevrilib. Namizədlər bələdiyyə seçkilərində seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.
Görüşlərdə çıxış edənlər YAP-ın fəaliyyətini dəstəklədiklərini bildiriblər.