YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP ölkəmizə yeni nailiyyətlər qazandıracaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Yeddioymaq və Şərəfə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsinə malik olduğunu, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verdiyini deyib. Yeni Azərbaycan Partiyasının ölkəmizə yeni nailiyyətlər qazandıracağı əminliklə vurğulanıb.

Seçki qərargahının üzvü Nahid Rəhimov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, sosial infrastrukturun bərpası və yenidən qurulmasında yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi, əhalinin məşğulluğuna dəstək verilməsi, müxtəlif sahələri əhatə edən layihələrin icrasında yerli sakinlərin iştirakçılığının artırılması və digər hədəflər partiyanın seçki proqramında öz əksini tapıb.

Seçicilər Ramin Quliyev, Söhbət Piriyev, Samirə Yunusova və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.