YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Ağdaş seçiciləri əsas amalı xalqa xidmət olan YAP-a səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Mürsəl bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov  yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı görülmüş işlər haqqında danşıb. “Yeni Azərbaycan Partiyası xalqın etimadanı doğuldaraq insanların sevgisini qazanıb. Yeni Azərbaycan Partiyasının əsas amalı xalqa xidmətdir”, - deyən İ. Eminov  seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Hüsniyyə İsmayılova və Baris Həsənov YAP-ın seçki proqramından bəhs ediblər.

Seçicilər Tünzalə Əsədova, Səxavət Mustafayeva, Rəşad Məmmədov və digərləri YAP-ı dəstəklədiklərini, yanvarın 29-da seçki məntəqələrinə gələrək bu partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.