YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyələrin inkişafı üçün geniş imkanlar yaranıb

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bələdiyyələrin cəmiyyət həyatındakı rolundan bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar bütün sahələrdə davamlı yüksəlişi təmin etməklə bərabər, bələdiyyə institutunun da inkişafı üçün münbit zəmin formalaşdıraraq geniş imkanlar və yeni perspektivlər yaradıb.

Bələdiyyə üzvlüyünə namizədlər Fərhad Əliyev və Rauf Sadıqov bələdiyyələrin inkişafı ilə bağlı YAP-ın seçki platformasında əksini tapan məsələləri, o cümlədən qarşıda duran hədəfləri diqqətə çatdırıb, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.