Seçki xəbərləri
Böyük qələbə əzmi ilə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Kəpəz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycanda bələdiyyələrin yaranma tarixi barədə ətraflı məlumat verib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qələbələr partiyası hesab edilən Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını xüsusi vurğulayıb.
Seçki qərargahının üzvü Nəzakət İsmayılzadə və bələdiyyə üzvlüyünə namizədlərdən Ümid Şükürov çıxış edərək seçiciləri müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə ümumxalq partiyasının - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.