YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 78 097
BİZƏ YAZIN

Seçki xəbərləri

İnkişaf naminə...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qobustan rayonu, Qobustan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov qeyd edib ki, ölkəmizdə həyata keçirilən milli inkişaf siyasəti səmərəli nəticələr verir. Onun sözlərinə görə, müasir Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəm təməl üzərində addımlayan Azərbaycan möhtəşəm nailiyyətləri, zəfərləri ilə dünyanın diqqətindədir”.

Seçki qərargahının üzvü Vüqar Hüseynov, bələdiyyə üzvlüyünə namizədlər Sevda Rəfiyeva, Elburus Xanatov və Ruslan Əhmədov bələdiyyə seçkilərinin önəmindən bəhs ediblər. Onlar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.