YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni hədəflərə yeniliklərlə gedirik

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Daşkəsən və Quşçu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşlərdə Daşkəsən bələdiyyəsi üzrə namizəd Fuad Əliyev və Quşçu bələdiyyəsi üzrə namizəd Akif Muradov seçicilərə YAP-ın seçki proqramı haqqında məlumat verməklə yanaşı qarşıda duran vəzifələr haqqında geniş söhbət açıblar.

Namizədlər bildiriblər ki, YAP yarandığı gündən ölkəmizin inkişafı üçün danılmaz xidmətlər göstərib.

Seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.