YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP-a inam və etimad sonsuzdur!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu, Udullu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin  1-ci Udullu kəndində seçicilərlə görüşü keçirilib.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov partiyanın seçki proqramından və bələdiyyələr haqqında qanunvericiliyin  son illərdə daha da təkmilləşdirilməsindən bəhs edib. Təşkilat sədri Hacıqabul seçicilərinin hər zaman dövlətçiliyə sədaqətli olduqlarını və Yeni Azərbaycan Partiyasına inamlarının böyük olduğunu bildirib. O,  seçiciləri 29 yanvarda fəal olmağa, hamılıqla seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvləri Anar Əhmədov, Rabil Tağıyev, bələdiyyə üzvlüyünə namizədlər Elşən Məhərrəmov və Mübariz Süleymanov çıxışlarında Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyə xidmət etdiyini və YAP-ın fəaliyyətinin Azərbaycanın milli maraqlarını qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırıblar.  

Seçicilər isə bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, YAP namizədləri məhəllə və fərdi görüşlər də keçirib, seçicilər partiyanın  namizədlərinə səs verməyə dəvət edilib.