YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP-ın namizədləri xalqın namizədləridir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri,  Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüş zamanı YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev seçicilərə qalib partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, bütün seçkilərdə YAP-ın namizədləri xalqın mövqeyindən çıxış ediblər. Bu mənada demək olar ki, YAP-ın namizədləri xalqın namizədləridir.

Seçicilər də çıxışlarında YAP-ın namizədlərinə dəstək ifadə ediblər.

Qeyd edək ki,  Vətən müharibəsi şəhidləri - Əhmədağa İsgəndərovun və Kamran Hüseynovun ailələri YAP Nərimanov rayon təşkilatının rəhbərliyi və bələdiyyə üzrə namizədlər tərəfindən ziyarət olunub. Namizədlər Təmraz Tağıyev, Nizami Babaşov və təşviqat qrupunun üzvlərinin iştirakı ilə keçirilən bu görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib, onların şərəfli döyüş yolundan söz açılıb. Görüşlərdə Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən ətraflı danışılıb.

Şəhid ailələri şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, YAP Nərimanov rayon təşkilatının gənc fəalları yerlərdə seçici aktivliyinin artırılması, seçicilərlə birbaşa ünsiyyətin qurulması məqsədilə “qapı-qapı” seçki texnologiyasından  istifadə etməklə bir çox ünvanlarda yaşayan seçicilərə təbliğat-təşviqat xarakterli bukletlər də paylayıblar.