YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Vətəndaş məmnunluğu əsas məqsəddir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu, Bülbülə və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Seçicilərlə  görüşlər Bülbülə qəsəbəsində namizədlər Bahar Mehdiyevanın, Nəsib İsmayılovun, Günay Bağırova-Babazadənin, Hökumə Muxtarovanın, Elnur Mustafayevin,  Qaraçuxur qəsəbəsində isə namizədlər İxtiyar Nəcəfovun, Arif Şahmuradovun, Mirvari Quliyevanın, Rəşad Rzayevin, Eldar Mirzəliyevin və İlham Mirzəyevin iştirakı ilə keçirilib.

Görüşlərdə YAP-ın namizədləri partiyanın seçki proqramı ilə seçiciləri tanış edib və gələcək planlar haqqında geniş məlumat veriblər.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.