YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyələrin mükəmməl qanunvericilik bazası mövcuddur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu, Hindarx bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bidirib ki, bələdiyyələr vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak edirlər. O, seçicilərə YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.

Çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bələdiyyə üzvlərinin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə geniş və ətraflı məlumat verib. O, ölkəmizdə bələdiyyələrə dair qanunvericlik bazasının kifayət qədər mükəmməl olduğunu qeyd edib. Tahir Rzayev bütün seçiciləri seçki günü seçki məntəqələrinə dəvət edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.

Görüşlərdə namizədlər Əliqara Hüseynov və Xəyal Zeynalov yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda, göstərilən etimadı doğruldacaqlarını ifadə ediblər.

Seçicilərdən Ziya Atakişiyev, Allahverən Həsənov və digərləri çıxış edərək, Azərbaycanın dinamik inkişafına töhfələr vermiş Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Hindarx bələdiyyəsi üzrə namizədlərin seçicilərlə məhəllə görüşləri də keçirilib.