YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Böyük yola davam

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Neftçala rayonu, Neftçala bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev “Azərbaycan Respublikasında bələdiyyələrin birləşdirilməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə hədəfləndiyini bildirib. O qeyd edib ki, bu qanun bələdiyyələrin idarəetmə keyfiyyətini artırmağa, onların yerli məsələlərin həllində daha effektiv rol oynamasına şərait yaradır.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Əli Əliyev və Mustafa Zeynalov bələdiyyə üzvləri seçiciləcəkləri təqdirdə seçicilərin etimadını doğrultmaq üçün var gücü ilə çalışacaqlarını deyiblər.

Qeyd edək ki, Qaraqaşlı bələdiyyəsi üzrə namizədlər Yuxarı Qaramanlı və Bala Surra kəndlərində qapı-qapı və məhəllə görüşləri də keçiriblər.