YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP xalqın etimadını doğruldub

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu, Sabirkənd, Nüsnüs, Dəstə, Vənənd və Ordubad bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.

Həmin görüşlərdə çıxış edən namizədlər qeyd ediblər ki, son illər Azərbaycanın qazandığı uğurlar göz önündədir. Bu uğurlarda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın xüsusi payı var.

Çıxışlarda xalqın etimadını doğruldan YAP-ın bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığı diqqətə çatdırılıb. Namizədlər seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştiraka dəvət ediblər.