YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın qazandığı qələbələr yüksək etimadın göstəricisidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Şəmkir və Düyərli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP)  namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizdə  mühüm ictimai-siyasi proseslərdən və YAP-nın qazandığı uğurlardan  danışıb. “Müasir Azərbaycan Heydər Əliyev şah əsəridir”,  deyən Fəxrəddin Vəliyev əlavə edib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, ölkə başçısı, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə qalib xalqın nümayəndələri kimi möhtəşəm uğurlara şahidlik edir və gələcəyə doğru inamla addımlayırıq. O, həmçinin bildirib ki, YAP-ın seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir.

Görüşdə seçki qərargahının üzvləri Hilal Məmmədov, Məmməd Qasımov və bələdiyyə üzvlüyünə namizədlər İlhamə İbrahimova, Samir İsgəndərov, Eldəniz Nağıyev, Əsəd Cəfərli  çıxış edərək əldə olunan uğurlarla yanaşı,  vətəndaş məmnunluğunun artırılması istiqamətində qarşıda mühüm vəzifələrin  dayandığını da bildiriblər.

Seçicilər isə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini  bildiriblər.