Seçki-2024
Xalqın bələdiyyələrə olan inamı artıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İsmayıllı rayonu, Talıstan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədr müavini Anar Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlara imza ataraq öz qüdrətini daha da artırıb. Bütün sahələri əhatə edən kompleks tədbirlər sosial-iqtisadi inkişafı sürətləndirib, əhalinin rifahının daha da yaxşılaşmasını təmin edib.
Qeyd olunub ki, dövlətin yerli özünüidarəetmə orqanlarına verdiyi dəstək, o cümlədən onların fəaliyyətini daha da möhkəmləndirmək üçün atdığı addımlar xalqın bələdiyyələrə olan inamını artırıb.
Bələdiyyə üzvlüyünə namizədlər uğurların davamı naminə seçkilərdə fəal iştirak edərək YAP-ın namizədlərinə səs verəcəklərini bəyan ediblər.