Seçki-2024
Uğurla başlanan yeni dövr
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Bağbanlar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Biləsuvar rayon təşkilatının təşviqat qrupunun üzvləri Aqşin Qasımov və Talıbağa Talıbov Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən ətraflı söz açıblar. Onlar indiyədək tarixi uğurlara imza atan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində də mühüm qələbə qazanacağına inamlarını ifadə ediblər.
Görüşdə bələdiyyə üzvlüyünə namizəd Dilavər Nuriyev və Fərhad Əliyev Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verərək bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıblar. Onlar bələdiyyə seçkilərində seçiciləri daha fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilərdən İkram Əliyev, Əlisahib Qənbərov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.