Seçki-2024
YAP növbəti qələbəyə imza atmaq əzmindədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Zərdab, Dəkkəoba, Məlikli və Kəndəbil bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov YAP-ın seçki proqramı ilə bağlı fikirlərini diqqətə çatdıraraq partiyanın xalqın dəstəyi ilə növbəti qələbəyə imza atmaq əzmində olduğunu bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər Elbəy Əsədov, Bəhruz Qurbanov, Sənan Əhmədzadə, Bəxtiyar Orucov, Yaqub Soltanov, Gülay Soltanova, Xanım Qarazadə, Sevda Bağırova, Xəyyam Məmmədov, Vazeh Əliyev, Cavidan Temurlu, Yaşasın Məmmədov və Zəmilə Qasımova ötən dövr ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən bəhs ediblər.
Seçicilər Sevil İbrahimova, Günel Məmmədova, Nofəl Məmmədov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.