Seçki-2024
İnkişaf və sabitliyin təminatı
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zaqatala rayonu, Mosul-Yengiyan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Zaqatala rayon rayon təşkilatının sədri Fərid Ramazanov partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin siyasətinə birmənalı dəstəyinin bariz nümunəsi olduğunu deyib. Təşkilat sədri qarşıdan gələn bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Xuraman Şabanova Yeni Azərbaycan Partiyasının bundan sonra da xalqımızın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.