Seçki xəbərləri
Gələcəyimiz naminə!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Çaylı, Ağköynək-Qarapapaq bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşlərdə giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidarəetmə orqanlarına göstərilən dəstək barədə ətraflı məlumat verib. O, qələbələr partiyası adlanan Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını xüsusi vurğulayıb.
Çıxış edən seçki qərargahının üzvləri Ceyhunə Hüseynova, Fərhad Qocamanov, Qədir Əfəndiyev, Gülnaz Alişanova, Vaqif Nəsibov, Cavanşir Rüstəm və bələdiyyə üzvlüyünə namizədlər qeyd ediblər ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.
Seçicilər Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.