YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Siyəzənlilərin seçimi bəllidir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Siyəzən rayonu, Həmyə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) namizədlərinin Dağ Quşçu və Yuxarı Ələz kənd seçiciləri ilə görüşü keçirilib.

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri ölkəmizin suverenliyinin bərpası şəraitində keçiriləcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan bütün seçkilərdə olduğu kimi Yeni Azərbaycan Partiyası bu seçkiyə də böyük önəm verir.

Daha sonra çıxış edən Həmyə bələdiyyəsi üzvlüyünə  namizədlər Eyyam Əsgərov və Orxan Həsənov, Dağ Quşçu kənd sakini Balamirzə Novrullayev seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak edərək qalib və qüdrətli Azərbaycan naminə ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.