YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Şərurda məhəllə görüşləri keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Alışar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Alışar bələdiyyəsi üzvlüyünə namizədlər Seyid Müseyikazım və başqaları seçicilərə bələdiyyələr tərəfindən  həyata keçirilən layihələrdən söz açıblar. Onlar bələdiyyələrin statusu, bələdiyyə qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunduğu, bu sahədə qazanılmış müsbət təcrübənin yayılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyi haqqında məlumat veriblər.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.