YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Etimadı doğruldan partiya

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu, Almalı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə uğurlar arzulayıb.

 Seçki qərərgahının üzvü Təbriz Cavadzadə və namizədlər Sərvan Omarov, Həbibullah Qarayev çıxışlarında bələdiyyə seçkilərinin bələdiyyələrin effektiv fəaliyyətinə müsbət təsir göstərəcəyini vurğulayıblar.

Seçicilər adından çıxış edən Hökümə Əhmədova və Nəcəf Mirzəyev isə bildiriblər ki, ölkəmizdə keçirilən bütün seçkilərdə aktiv iştirak etmək hər bir vətəndaşın borcudur. Çıxışçılar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.