Seçki xəbərləri
Xalqın etimadını doğruldan partiya
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qaradağ rayonu, Lökbatan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev böyük uğurlar əldə etmiş ölkəmizin ərazi bütövlüyü və suverneliyini tam bərpa etdikdən sonra yeni dövrə daxil olduğunu deyib və bu dövrün hədəflərinə çatmaq üçün aparılan hərtərəfli islahatlardan bəhs edib. Qarşıdan gələn bələdiyyə seçkilərinin ölkədə aparılan idarəetmə islahatlarında yeni mərhələ olacağını qeyd edən Qafar Əliyev bu seçkilərdə də YAP namizədlərinin böyük üstünlük qazanacağına əminliyini bildirib.
Seçki qərargahının üzvləri Musa Musayev, Vüqar Ağayev, bələdiyyə üzvlüyünə namizədlər Misir Mahmudov, Tahir Abbasov, Aytən Alısoy, Elnur Mirzəyev, Sənurə Əliyeva, Elşad Ağayev, Türkanə Əliyeva, Azad Rzazadə, Nəzakət Axundova, Mətləb Salmanov və Türkan Məmmədli YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər.
Seçicilər Bəsti Şabanova, Telman Salmanov, Qəribə Sadıqova, Elnarə Məmmədova və başqaları YAP-ın hər zaman xalqın etimadını doğrultduğunu bildiriblər.