Seçki xəbərləri
Uğurlu yolun davamı
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Havarlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, xalqımız hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyib: “İnanırıq ki, qarşıdan gələn bələdiyyə seçkilərində xalqımızın iradəsi ilə Yeni Azərbaycan Partiyası növbəti qələbəsini qazanacaq”.
Seçki qərargahının üzvləri Tural İsmayılov, Bayram Yusifov, Tofiq Həsənov, bələdiyyə üzvlüyünə namizədlər Xalizər Quliyeva, Şamil Zahidlik, Bənövşə Behbutova, Səma Bəhrəmova, Aytəkin Süleymanova, İsmayıl Hüseynli seçiciləri Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, həmin gün Yevlax, Qoyunbinəsi və Tanrıqulular bələdiyyələrinin namizədləri seçicilərlə məhəlli görüşlər də keçiriblər.