YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Reallığa çevrilən hədəflər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu, Muğan Gəncəli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı istiqamətində önəmli işlər gördüyünü və mühüm nailiyyətlərə imza atdığını diqqətə çatdırıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası həmişə xalqın maraqlarını ön planda tutaraq, sosial, iqtisadi və siyasi sahələrdə mühüm islahatlar həyata keçirib. Bu islahatlar ölkəmizin davamlı inkişafını təmin edib və gələcək nəsillər üçün daha güclü bir cəmiyyətin əsaslarını qoyub.

Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Miqiyam Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Qabil Əliyev, Şahlar Cəfərov və İmanqulu Quliyev qeyd ediblər ki, YAP-ın namizədlərinə veriləcək səslər Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edəcək.

Seçicilər Nəcəf Hüseynov, Sahib Hümbətov və digərləri YAP-ın namizədlərini dəstəkləyəcəklərini vurğulayıblar.

Qeyd edək ki, YAP namizədlərinin seçicilər ilə fərdi və məhəllə görüşləri də keçirilib.