YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov Prezident, YAP Sədri İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biri olduğunu deyib. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edib, YAP-ın bu dəfə də qələbə qazanacağına əminliyini ifadə edib. 

Bələdiyyə üzvlüyünə namizədlər Cəmilə Ağayeva, Anar Tağıyev, Emil Yusifov, Aysel Şərifova, Aytac Xalıqzadə, Rəşad Yusifov, Pərvanə Əliyeva, Cəlal Məhərrəmov, Suğraxanım Hacıyeva vurğulayıblar ki,  Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Çıxışlarda bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlardan, Azərbaycanın regionda və beynəlxalq müstəvidə möhkəmlənən mövqeyindən, yeni dostlar, tərəfdaşlar və yüksək nüfuz qazanmasından geniş bəhs olunub.

Qeyd edək ki, Suraxanı rayonu, Hövsan və Yeni Suraxanı bələdiyyələri üzrə namizədlərin seçicilərlə səyyar görüşləri də keçirilib.