Seçki xəbərləri
Kəngərlidə namizədlər məhəllə görüşləri keçiriblər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu, Qıvraq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Namizədlər Nuranə Novruzova, Ələddin Əsgərov və Yunis Ələkbərov Qıvraq qəsəbəsində, Cavid Rüstəmov isə Yurdçu kəndində bir sıra məhəllə görüşü keçiriblər.
Qarabağlar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Aysel Şəfiyeva, Sevil Təmoyeva və Ülvü Vəliyev Qarabağlar kəndində, Asif Ağammədov və Turanə Niftəliyeva isə Çalxanqala kəndində məhəllə görüşləri keçiriblər.
Görüşlər zamanı namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.