YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Uğurlar müdrik siyasətin nəticəsidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. 

Görüşdə giriş sözü ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlıq prosesi barədə seçicilərə məlumat verib.

Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov sədri olduğu müddətdə fəaliyyəti barədə hesabat xarakterli çıxış edib.

Nurel Kərimov bələdiyyə üzvlüyünə namizəd olaraq seçicilərdən dəstək istəyib.

Namizəd Xədicə Həsənova seçiləcəyi təqdirdə gələcəkdə şəhid ailələri ilə sıx əlaqə quracağını qeyd edib.

Görüşdə çıxış edən Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və Validə Cəfərova bələdiyyələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Seçicilər görüş zamanı Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.